“Hidrometeorologiya
və təbii mühitin monitorinqi
üzrə normativ hüquqi
aktlar barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli
237 nömrəli qərarında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 140
Bakı şəhəri, 10 aprel
2017-ci il
“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 427-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli 2591 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 12, maddə 804; 2005, ¹ 1, maddə 49; 2014, ¹ 1, maddə 57) ilə təsdiq edilmiş “Hidrometeoroloji müşahidə şəbəkələrinin istifadəsi və mühafizəsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü hissədə “keçirilə bilər” sözləri “keçirilir” sözü ilə əvəz edilsin.
2. 10-cu hissədən “lazımi” sözü çıxarılsın.
Artur RASİ-ZADƏ
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 12
aprel.- S.7.