Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli qərarı ilə təsdiq edilmiş “Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 143

Bakı şəhəri, 11 aprel 2017-ci il

 

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 435-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 2528 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə 1006) ilə təsdiq edilmiş “Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 7.1.5-ci yarımbənddə “onları əvəz edən şəxslər” sözləri “digər qanuni nümayəndələr” sözləri ilə əvəz edilsin.

2. 8.4.1-ci yarımbənddə “onları əvəz edən şəxslərə” sözləri “digər qanuni nümayəndələrə” sözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 13 aprel.- S.8.