Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə)
dövlət büdcəsinin
vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
№ 144
Bakı şəhəri,
11 aprel 2017-ci il
“Yetkinlik yaşına çatmayanların baxımsızlığının
və hüquq pozuntularının profilaktikası
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2016-cı il 29 noyabr tarixli
435-VQD nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
14 dekabr tarixli 2528 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, № 4, maddə
452) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində
olan şəxslərə
(ailələrə) dövlət
büdcəsinin vəsaiti
hesabına göstərilən
sosial xidmətin zəmanət verilmiş həcmi”nin 2.4.1.3-cü yarımbəndində
“onları əvəz
edən şəxslərlə”
sözləri “digər
qanuni nümayəndələrlə”
sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
13 aprel.- S.8.