Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı
ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə
yetirən daşıyıcılar
tərəfindən sərəncamında
olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı
yoxlanılması, sürücülərin
reysqabağı tibbi müayinəsinin keçirilməsi
Qaydası”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 145
Bakı şəhəri,
11 aprel 2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2009, ¹ 4, maddə
288) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə
yetirən daşıyıcılar
tərəfindən sərəncamında
olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı
yoxlanılması, sürücülərin
reysqabağı tibbi müayinəsinin keçirilməsi
Qaydası”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 1.2-ci və 2.7-ci bəndlər aşağıdakı redaksiyada
verilsin:
“1.2. Bu Qaydanın müddəaları
avtomobil nəqliyyatı
ilə kommersiya məqsədli müntəzəm
və qeyri-müntəzəm
sərnişin daşımalarını,
beynəlxalq və ölkədaxili yük daşımalarını, habelə
taksi minik avtomobilləri ilə sərnişin daşımalarını
yerinə yetirən hüquqi şəxslərə
və fərdi sahibkarlara şamil edilir.
2.7. Avtonəqliyyat vasitələrinin
texniki vəziyyətinin
reysqabağı yoxlanılmasının
nəticələrinin qeydiyyatı
forması Azərbaycan
Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən
müəyyən edilən
“Avtonəqliyyat vasitələrinin
reysqabağı müayinə
jurnalı”nda aparılır.”.
2. 2.8-ci bəndə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
“Arayışın forması
Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyən
edilir.”.
3. 3.8-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“3.8. Sürücülərin reysqabağı
tibbi müayinəsinin
nəticələrinin qeydiyyatı
forması Azərbaycan
Respublikasının Səhiyyə
Nazirliyi tərəfindən
müəyyən edilən
“Sürücülərin reysqabağı
tibbi müayinə jurnalı”nda aparılır.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
13 aprel.- S.8.