Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı
ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 146
Bakı şəhəri,
11 aprel 2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 9, maddə 745; 2010, ¹ 11, maddə 1041, ¹ 12, maddə
1125; 2011, ¹ 4, maddə 372; 2013, ¹ 8, maddə 1025, ¹ 12, maddə
1629; 2014, ¹ 7, maddə 945, ¹ 8, maddə 1014; 2016, ¹ 2 (II kitab),
maddə 354, ¹ 3, maddə
592, ¹ 4, maddələr 779, 804, 817, ¹ 5, maddə 964) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması
Qaydaları”nın 8.2.4-cü yarımbəndinin sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 8.2.5-ci yarımbənd
əlavə edilsin:
“8.2.5. avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı
yoxlanılmasını və
sürücünün reysqabağı
tibbi müayinədən
keçirilməsini.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 13
aprel.- S.8.