Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində sosial xidmət müəssisələrinin yaradılması istismarı ilə bağlı məsələlər haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 147

 

Bakı şəhəri, 12 aprel 2017-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində aşağıdakı sosial xidmət müəssisələri yaradılsın:

1.1. “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzisosial xidmət müəssisəsi;

1.2. “Baxımsız, kimsəsiz sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq Reabilitasiya Müəssisəsisosial xidmət müəssisəsi;

1.3. “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaqsosial xidmət müəssisəsi.

2. Sosial xidmət müəssisələrinin Sabunçu rayonunun Zabrat qəsəbəsində istismara icazə verilmiş binaları, həmin binalara aid bütün infrastruktur qurğu avadanlıqlar sosial xidmət müəssisələrinin balansına, onların yerləşdiyi torpaq sahəsi isə istifadələrinə verilsin.

3. Müəyyən edilsin ki, sosial xidmət müəssisələrinin saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

4. Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində sosial xidmət müəssisələrinin nizamnamələrini təsdiq etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Sabunçu Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 13 aprel.- S.8.