Göyçə taleli şair-publisistin sənət hesabatı

 

Eldar İsmayıl-75

 

Tanınmış şair-publisist, Əməkdar jurnalist Eldar İsmayılın anadan olmasının 75 illiyini ədəbi-mədəni ictimaiyyət yurd itkisinin ağrı-acılarını qeyrət savasına çağırışa çevirən didərgin sənətkarın şəxsiyyətinə yaradıcılığına sevgi-sayğı ilə qeyd edir. Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən təntənəli yubiley mərasimində mübariz şairin həyat yaradıcılığının ictimai dəyəri, məfkurəvi mahiyyəti diqqət mərkəzində oldu.

 

Ədəbi-bədii məclisin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin rəhbəri, şair-ədəbiyyatşünas Ənvər Əhməd  şair dostunun yubiley sevincini bölüşməyə, onu səmimi təbrik etməyə toplaşanları salamlayaraq, Eldar İsmayılı sözün qüdrətinə önəm verən, onu yurdsevərlik vasitəsinə çevirən şair, yazıçı, publisist kimi səciyyələndirdi. O bildirdi ki, Azərbaycan mədəniyyətinin zəngin bədii-etnoqrafik qaynaqlarından olan Göyçə saz-söz məktəbinin istedadlı yetirməsi olan Eldar İsmayıl ömrünün 50 ilini anadilli ədəbiyyatımızın zənginləşməsinə, milli yaddaşın qorunmasına xidmətdə keçirmişdir. Yaradıcılığının yetkinlik çağını yaşayan söz ustası bu gün məhsuldar çalışır, oxucuları ilə sıx ünsiyyət saxlayır.

75 yaşlı şair-publisistin mənalı həyatı zəngin yaradıcılığı barədə məlumat verən jurnalist Arif Məmmədli bildirdi ki, onun keçdiyi kəşməkəşli ömür yolu, toxunduğu mövzular hər kəs üçün maraqlıdır. Günümüzün mühüm hadisələrinə əlüstü cavab verməsi Eldar İsmayıl yaradıcılığını səciyyələndirən başlıca xüsusiyyətlərdəndir. Elə bir tarixi gün, ictimai maraq kəsb edən hadisə yoxdur ki, onun yaradıcılıq emalatxanasında cilalanaraq nəsrə, yaxud poetik nümunəyə çevrilməsin. Şairin mövzu dairəsi olduqca genişdir. Yaradıcılığının fövqündə vətəndaşlıq, şeirlərinin nüvəsində yurd sevgisi dayanır.

Araşdırmaçı-jurnalist qeyd etdi ki, fədakar soydaşımız tarixi düşmənimiz olan ermənilərin üzünü açan, onların yüz illər boyunca xalqımızın başına gətirdiyi bəlalarla bağlı ən mükəmməl əsərlər yaradan şair yazıçılarımızdandır. Xalq şairi Bəxtiyar Vahabzadə onun  Allah amanatışeirini vaxtilə ata-baba yurdundan, isti ocağından qovulanların torpaq həsrətinə nisgilli bir ağı adlandırmışdı. Əsərlərini qəlbinin odu ilə qələmə alan Eldar İsmayılın istər nəsrində, istərsə poeziyasında ədəbi xalq dili çeşməsindən süzülən şəhdi-şəkər çağlayır. O, insanlığa, bəşəri duyğulara, söykənən, Azərbaycanda, türk dünyasında baş verən hər bir hadisəni poeziyanın hədəfi səviyyəsinə qaldıraraq oxucusunu dərindən təsirləndirir.

Daha sonra bildirildi ki, 1988-ci ildə Qərbi Azərbaycanın çənnətmisal Göyçə mahalından deportasiya edilən Eldar İsmayıl Bakı şəhərində məskunlaşıb, bədii publisistik yaradıcılığını burada davam etdirib. Yurd həsrətliUlu Göyçəadlı ilk kitabı da 1990-cı ildə Bakıda, “Yazıçınəşriyyatında çap olunub. Bundan sonra  ömrünü bədii yaradıcılığa bağlayan Eldar İsmayılınErmənistan türklərinin 1988-ci il soyqırımı”, “Ağrı dağı qədər ağrılarım var”, “Məndən ötrü Ermənistan yoxdu, yox”, “Şəhid yurdun şəhid övladları başqa publisistik kitabları işıq üzü görüb. O, “GöyçəUlu Göyçəqəzetlərini təsis edib, qaçqınlarla  mütəmadi ünsiyyət qurub  həm onların vasitəsi ilə ermənilərin cinayətkar əməllərini dərindən  öyrənib yayıb.  Göyçənin qisası qalır”, “Səttar oğlu”, Zülmətdə parlayan qılıncBir igidin ömrükimi tarixi romanlarda bu zəmində ərsəyə gəlib.

Eldar İsmayılın ana dilimizə verdiyi böyük önəmMən kiməmpoemasında öz əksini parlaqlığı ilə tapmışdır. Ədibin son illərdə  işıq üzü görənZavallıermənilər, yoxsa zalım ermənilər gənc yazar Gündüz Əhmədli ilə birlikdə qələmə aldığıQərbi Azərbaycan, Göyçəerməni işğalıadlı kitabları erməni vəhşiliyinə yalanına tutarlı cavabdır. Türkiyəli alim Mustafa Özbaş isə bu ölkədə işıq üzü görən “Allah amanatı”ndan seçmə şeirlər”i yüksək qiymətləndirib. ŞairinMən burda qəribəm, yurd orda qəribadlı kitabında toplanan şeirlərin bir qismini isə Zehra Yılmaz osmanlı türkcəsinə uyğunlaşdıraraq türk oxuculara təqdim edib.

Eldar İsmayılın Hüseyn İsmayıl ilə birlikdə qələmə aldığıGöyçənin qisası qalırtarixi romanı Azərbaycan yazıçılarının qurultayında son dövrün ən yaxşı nəsr əsərlərindən biri kimi dəyərləndirilib. Səttar oğluZülmətdə parlayan qılıncromanları da ədəbi ictimaiyyətin geniş oxucu kütləsinin rəğbətini qazanıb. Ömrünün otuz ili jurnalistlik fəaliyyətilə bağlı olan Eldar İsmayılaƏməkdar jurnalistfəxri adı verilib. Bir sıra yaradıcılıq mükafatlarına önəmli təltiflərə layiq görülüb.

Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı şair Dayandur Sezgin AYB sədri Anarın 75 illik yubileyi münasibətilə Eldar İsmayıla təbrikini səsləndirdi. Yubiliyarı təbrik edənlər onun yaradıcılığının ictimai-estetik dəyərini qeyd etdilər, Eldar İsmayıla möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzuladılar.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini, Əməkdar elm xadimi Məhərrəm Qasımlı Eldar İsmayıl yaradıcılığının estetik-etnoqrafik xüsusiyyətlərindən söz açdı. Oxucuların təsəvvüründə yaradıcılığı şəxsiyyəti ilə Ulu Göyçə dəyərləri ilə eyniyyət qazanmış yubilyar haqqında görkəmli elm sənət xadimlərinin söylədiyi dəyərli fikirləri xatırladan alim  Xalq şairi Hüseyn Arifin Eldar İsmayıl poeziyasına verdiyi qiyməti yada saldı: “Eldarın yaradıcılığında məni özünə çəkən cəhət şairin torpağa-daşa bağlılığı, ata-anaya, el-obaya istəyi, sadə, mehriban zəhmət adamlarına məhəbbəti, bununla yanaşı əliəyrilərə, yaltaqlara, cəmiyyətimizdə alaq otuna çevrilmiş tüfeylilərə olan nifrətdir. Dili saz dilidir: aydın, obrazlı, axıcı”.

Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa isə qaçqınlığın ilk günlərindən Qərbi Azərbaycanla bağlı tarixi faktların toplanılıb işlənməsində, erməni xəyanət cinayətlərinin salnamələşdirilməsində, ədəbi-bədii vasitələrlə geniş oxucu kütləsinə çatdırılmasında Eldar İsmayılın müstəsna xidmətlərini vurğuladı. Azərbaycan Pedaqoji Universitetinin professoru İbrahim Bayramov yubiliyarın yurd itkisini düşmənə qarşı kəsərli silaha çevirmiş poeziyasının, tarixi mövzulu nəsrinin qaçqın-köçkün taleyi yaşayan soydaşlarımızın estetik tələbatının ödənilməsində önəmli rolunu qeyd etdi.

Xalq artisti, tanınmış teleradio diktoru Eldost Bayramov şairin dillər əzbəri olan şerlərini səsləndirdi. Əməkdar mədəniyyət işçisi Aşıq Gülarə Azaflı Aşıq Roman Azaflı, Aşıq Dəmir Gədəbəyli, “Çeşməaşıq qrupu, Əməkdar artist Rahidə Bəndəliyeva, xanəndə Rəşad Hüseynli başqa sənətçilər Eldar İsmayılın nəğmələşmiş şerlərini coşğu ilə ifa etdilər.

Sonda Eldar İsmayıl yaradıcılığına verilən dəyərə, söylənən xoş sözlərə görə minnətdarlıq etdi, həyat məramına estetik idealına bundan sonra da sadiq qalacağını  bildirdi.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2017.-14 aprel.- S.9.