Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
17 iyun tarixli 196 nömrəli
qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların
Siyahısı”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 148
Bakı şəhəri,
13 aprel 2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 6, maddə
749; 2015, ¹ 3, maddələr
333, 338, ¹ 4, maddə 455, ¹ 6, maddə 801, ¹ 10, maddə
1220, ¹ 11, maddə 1425; 2016, ¹ 6, maddə 1195, ¹ 10, maddə
1731, ¹ 11, maddə 1944; ¹ 12, maddə 2243) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın
“II. Təsərrüfathesablı qurumlar” bölməsinin
“6. Mədəniyyət və istirahət
parkları” hissəsinin
6.2 – 6.59-cu bəndləri ləğv
edilsin.
2. Bu qərarın 1-ci hissəsi
ilə “Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”ndan
çıxarılmış mədəniyyət və
istirahət parkları
onlara məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə
verilsin.
3. Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsi
və ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti
orqanları ilə birlikdə bu qərardan irəli gələn məsələləri
həll etsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
14 aprel.- S.9.