Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2015-ci il 12 yanvar
tarixli 5 nömrəli
qərarı ilə təsdiq edilmiş “Müfəssəl
planların hazırlanması,
razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı
orqanların siyahısı”nda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 149
Bakı şəhəri,
13 aprel 2017-ci il
“Azərbaycan Respublikasının
Şəhərsalma və
Tikinti Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 11 noyabr tarixli
397-VQD nömrəli Qanununun
tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 21 dekabr tarixli 1164 nömrəli Fərmanının 1.3-cü bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 1, maddə 57, ¹ 11, maddə
1417; 2016, ¹ 6, maddə 1193, ¹ 10, maddələr 1725, 1743) ilə
təsdiq edilmiş “Müfəssəl planların
hazırlanması, razılaşdırılması
və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı
orqanların siyahısı”nın
3.1.12-ci yarımbəndinə “parklar” sözündən əvvəl “yaşayış
məntəqəsinin yaşıllıqla
təmin edilməsi normasına uyğun” sözləri əlavə
edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.-
14 aprel.- S.9.