“Ticarət festivalları dövründə
fiziki şəxslər
tərəfindən Azərbaycan
Respublikasının ərazisində
alınmış istehsal,
yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan
mallara görə ödənilmiş əlavə
dəyər vergisinin qaytarılması üçün
elektron vergi hesab-fakturasının vahid
forması”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹
150
Bakı şəhəri,
13 aprel 2017-ci il
“Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının
ərazisində alınmış
istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə
tutulmayan mallara görə ödənilmiş
əlavə dəyər
vergisinin qaytarılması
Qaydası”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 20
fevral tarixli 1252 nömrəli Fərmanının
2.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
“Ticarət festivalları
dövründə fiziki
şəxslər tərəfindən
Azərbaycan Respublikasının
ərazisində alınmış
istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə
tutulmayan mallara görə ödənilmiş
əlavə dəyər
vergisinin qaytarılması
üçün elektron
vergi hesab-fakturasının
vahid forması” təsdiq edilsin (əlavə olunur).
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 15
aprel.- S.2.