“Təhsil haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr
tarixli 1168 nömrəli Fərmanının icrası ilə əlaqədar
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan respublikasının
nazirlər kabinetinin Qərarı
№ 156
Bakı şəhəri,
18 aprel 2017-ci il
“Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu
il 5 sentyabr tarixli 156 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli
1168 nömrəli Fərmanının 2.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1,
maddə 60; 2012, № 5, maddə 484, № 6, maddə 625, № 10, maddə
1008; 2013, № 10, maddə 1230; 2015, № 12, maddə 1561; 2016, № 10,
maddə 1701, № 12, maddə 2239) ilə təsdiq edilmiş 1
nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin 2.3-cü bəndində
“Prezidenti yanında Təhsil üzrə Komissiya” sözləri
“Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1,
maddə 62; 2012, № 5, maddə 485, № 10, maddə 1006; 2013, № 10,
maddə 1231; 2015, № 12, maddə 1560; 2016, № 4, maddə 821, № 10,
maddə 1702, № 12, maddə 2239) ilə təsdiq edilmiş 1
nömrəli əlavə - “Ali təhsil müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin 2.3-cü bəndində
“Prezidenti yanında Təhsil üzrə Komissiya” sözləri
“Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 19 aprel.- S.2.