Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il  18 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmişRezidentura təhsilinin məzmunu təşkili Qaydaları”nda  dəyişiklik edilməsi haqqında

 

Azərbaycan respublikasının nazirlər kabinetinin Qərarı

 

¹ 157 

Bakı şəhəri, 18 aprel 2017-ci il         

 

Təhsil haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2009-cu il  5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 3, maddə 261; 2011, ¹ 9, maddə 858; 2013, ¹ 3, maddə 335, ¹ 10, maddə 1229, ¹ 11, maddə 1464; 2016, ¹ 12, maddə 2239) ilə təsdiq edilmişRezidentura təhsilinin məzmunu təşkili Qaydaları”nın 2.1-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyasözləriəsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetisözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 19 aprel.- S.2.