Azərbaycan turistlər üçün
cəlbedici ölkəyə çevrilir
Prezident İlham
Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilmişdir.
Müşavirədə cənab Prezidentin
proqram xarakterli
çıxışını diqqətlə izlədim. Mən
turizm sahəsində
çalışıram və ölkə
başçısının çıxışında
turizmlə bağlı məqamlar diqqətimi daha
çox cəlb etdi. Prezident çıxışlarında həmişə
turizm sahəsinin inkişafına böyük diqqət yetirir.
Elə bu müşavirədə də qeyri-neft sektorundan
danışarkən turizmi proritet
sahə kimi təqdim etmişdir.
Müşavirədə ölkə
başçısı demişdir: “Azərbaycanda
turizm sürətlə inkişaf
edir. Keçən il turistlərin sayı 11 faiz, bu ilin 3 ayında
25 faiz artmışdır.
Bunu indi gözlə görmək olar. Həm Bakıda, həm müxtəlif bölgələrdə turistlərin
sayı kəskin artır. Bunun, əlbəttə ki, səbəbləri var.
Bu, elə öz-özünə
yaranan məsələ
deyil. Son illər ərzində görülmüş işlər
bax, bu vəziyyətə
gətirib çıxarıb.
İlk növbədə, Azərbaycanda
hökm sürən sabitlik, əmin-amanlıq,
ictimai-siyasi asayiş,
əlbəttə ki, Azərbaycanı turistlər
üçün çox
cəlbedici ölkəyə
çevirir.” Doğrudan da,
son illər turizm iqtisadiyyatın əsas sektorlarından birinə çevrilərək sürətlə
inkişaf etməkdədir.
Cənab
Prezidentin imzaladığı
fərman və sərəncamlar, eləcə
də qəbul olunmuş ixtisaslaşmış
turizm sənayesi üzrə strateji yol xəritəsi bu inkişafa güclü stimul vermişdir.
Ölkədə turizm infrastrukturunun
inkişaf etdirilməsi
və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması,
eləcə də bu sahədə koordinasiyanın gücləndirilməsi
məqsədilə “Azərbaycan
Respublikasında turizmin
inkişafı ilə
bağlı əlavə
tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 1 sentyabr
2016-cı il tarixli sərəncamı imzalanmışdır. Sərəncamda
turizmin inkişafı
ilə bağlı Azərbaycan Respublikası
Turizm Şurasının
yaradılması, ticarət
festivalının keçirilməsi,
əlverişli yeni beynəlxalq uçuşların
təşkili ilə bağlı tədbirlərin
görülməsi, çimərlik
turizminin inkişafı,
vergi və gömrük güzəştlərinin
və imtiyazlarının
verilməsi, turizm nümayəndəliklərinin yaradılması,
sərhəd-buraxılış məntəqələrində əcnəbilər
və vətəndaşlığı
olmayan şəxslərin
sürətli keçidinin
təmin edilməsi ilə bağlı konkret tapşırıqlar
verilmişdir.
Bu istiqamətdə həyata
keçirilən ən
mühüm tədbirlərdən
biri kimi Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
ixtisaslaşmış turizm
sənayesinin inkişafına
dair Strateji Yol Xəritəsi”ni qeyd etmək istərdim.
Strateji Yol Xəritəsi özündə
2020-ci ilədək iqtisadi
inkişaf strategiyasını
və tədbirlər
planını, 2025-ci ilədək
olan dövr üçün uzunmüddətli
baxışı və
2025-ci ildən sonrakı
dövr üçün
hədəf baxışı
əhatə edir.
Nəzərdə tutulmuş müddətlər
ərzində Strateji Yol Xəritəsi turizm sektorunun inkişafının dəstəklənməsi,
beynəlxalq və yerli bazarlarda yüksək keyfiyyətli
və rəqabətədavamlı
turizm xidmətlərinin
təmin edilməsi, milli dəyərlərə
uyğun turizm təcrübəsinin formalaşdırılması,
müasir ideya və innovasiyalara əsaslanan yeni investisiya layihələrinin
cəlb edilməsi, eləcə də Azərbaycanın turizm brendinin yaradılması kimi tədbirləri özündə ehtiva edir.
“Azərbaycan Respublikasına
turist axınının
sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
20 fevral 2017-ci il tarixli sərəncamına uyğun
olaraq bütün sərhəd buraxılış
məntəqələrində turistlərin sürətli
keçidi üçün
xüsusi ayrılmış
hərəkət zolaqlarının
yaradılması və
bununla bağlı müvafiq təşkilati işlərin görülməsi
nəzərdə tutulmuşdur.
Turizmin inkişafı
ilə bağlı dövlət başçısının
fərman və sərəncamlarında verilən
tapşırıqların icrası
çərçivəsində elektron vizanın tətbiqi daha da təkmilləşdirilmiş
və 2017-ci ildən etibarən “ASAN viza” sistemi yaradılmışdır. Hazırda 81 ölkənin
vətəndaşı “ASAN viza” sistemi vasitəsilə
elektron viza əldə edə bilər.
Bununla yanaşı, 2015-ci ildən
BƏƏ və 2016-cı il fevralın 1-dən isə Bəhreyn, Qətər, Küveyt, Oman,
Səudiyyə Ərəbistanı,
Sinqapur, Cənubi Koreya, Malayziya, Çin və Yaponiya vətəndaşları
üçün hava limanında viza əldə etmək imkanı yaradılmışdır.
Ölkədə turizm biznesinin inkişaf etdirilməsinə
göstərilən diqqət
və qayğının
davamı olaraq Azərbaycan Respublikası
Prezidenti 31 yanvar
2017-ci ildə “İnvestisiya
təşviqi sənədinin
verilməsi qaydası”nda
dəyişiklik edilməsi
haqqında fərman imzalamışdır. Fərmana əsasən, investisiyanın
həyata keçirildiyi
iqtisadi fəaliyyət
sahələri siyahısına
turizm sahəsi əlavə edilmişdir.
Dəyişiklik nəticəsində turizm sahəsinə sərmayə qoyacaq daxili və ya xarici investorlara
qanunla müəyyən
edilmiş müvafiq miqdarda gömrük və vergi güzəştləri
tətbiq olunur.
Çimərlik turizminin inkişafı
məqsədilə Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 30 mart tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında çimərlik
turizminin inkişafına
dair 2017–2020-ci illər
üçün Tədbirlər
Planı” təsdiq olunmuşdur. Tədbirlər
planında çimərliklərə
dair hüquqi bazanın təkmilləşdirilməsi,
infrastrukturun qurulması,
bu sahədə fəaliyyət göstərən
operatorların işinin
tənzimlənməsi, ətraf
mühitin mühafizəsi,
təhlükəsizlik və
s. kimi mühüm tədbirlər yer almışdır.
Bununla yanaşı,
çimərlik sahibkarlarına
metodiki kömək xarakterli ərazilərin planlaşdırma və idarəetmə modeli yaradılmışdır. Tövsiyə və metodiki xarakterli dəstəkverici
layihələr turizmin
digər sahələri
üzrə də həyata keçirilmişdir.
Ona görə
dövlət siyasəti,
sahibkarlığa göstərilən
həm siyasi dəstək, mənəvi
dəstək, maliyyə
dəstəyi və sahibkarlığın inkişafı
üçün aparılan
ciddi islahatlar və onlara edilən güzəştlər
bu gün turizmin inkişafına təkan verən əsas amillərdən biridir. Əbəs yerə
deyil ki, Dünya İqtisadi Forumunun (DİF) 2017-ci il üçün tərtib
etdiyi “Səyahət və turizm rəqabətliliyi hesabatı”nda
Azərbaycan Gürcüstanı
6 müxtəlif göstərici
üzrə qabaqlayır,
eləcə də turizm üzrə həyata keçirilən
islahatlar göstəricisinə
görə Yaponiyadan sonra Azərbaycan ikinci yerdədir. Azərbaycan həqiqətən inkişaf
etmiş turizm ölkəsinə çevrilməkdədir.
Aparılan islahatların və
sahibkarlara göstərilən
dəstəyin nəticəsi
olaraq yaxin gələcəkdə ölkə
iqtisadiyyatında turizmin
çəkisinin daha da artacağı şübhəsizdir.
Mahir QƏHRƏMANOV,
Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin
planlaşdırma və inkişaf
sektorunun müdiri
Xalq qəzeti.- 2017.-
20 aprel.- S.4.