Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 163

Bakı şəhəri, 21 aprel 2017-ci il

 

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasına terrorçuluğun maliy-yələşdirilməsinə qarşı mübarizə haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1401-IVQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 noyabr tarixli 681 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 568; 2016, ¹ 8, maddə 1449, ¹ 9, maddə 1585, ¹ 10, maddə 1695) ilə təsdiq edilmişTerrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissədəAzərbaycan Respublikasının dövlət orqanlarınınsözlərimüvafiq qurumlarınsözləri ilə əvəz edilsin.

2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. Ümumi Siyahı Azərbaycan Respublikasının qanunvericiliyinə tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən bu Qaydanın 6-cı hissəsinə uyğun olaraq müəyyən edilən Ölkədaxili Siyahıdan Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qətnamələrinə əsasən bu Qaydanın 12-ci hissəsinə uyğun olaraq müəyyən edilən Beynəlxalq Siyahıdan ibarətdir.”.

3. 6-cı hissəyəSərhəd Xidmətininsözlərindən sonra “, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətininsözləri əlavə edilsin həmin hissədə “, Xarici Kəşfiyyat Xidməti (bundan sonra - Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti)” sözləri “(bundan sonra - Dövlət Təhlükəsizliyi Xidməti)” sözləri ilə əvəz edilsin.

4. 7.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 7.5-ci bənd əlavə edilsin:

“7.5. kifayət qədər əsaslar müəyyən olunduqda ya xarici ölkələrin səlahiyyətli orqanlarının müraciəti əsaslı hesab edildikdə, Dövlət Təhlükəsizliyi Xidmətinin qərarı əsasında terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsində iştirak edən, həmin əməllərin törədilməsinə kömək ya cəhd göstərən fiziki ya hüquqi şəxslər, bu şəxslərin birbaşa ya dolayısilə sərəncamında, sahibliyində ya istifadəsində olan hüquqi şəxslər, o cümlədən bu şəxslərin adından ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki hüquqi şəxslər.”.

5. Aşağıdakı məzmunda 7-1-ci 7-2-ci hissələr əlavə edilsin:

“7-1. Xarici ölkələrin səlahiyyətli orqanlarının müraciətində qeyd olunan şəxslərin bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini güman etməyə kifayət qədər əsaslar olduqda, Dövlət Təhlükəsizliyi Xidməti həmin sənəddə göstərilən şəxslərin Ölkədaxili Siyahıya daxil edilməsi haqqında qərar qəbul edir. Dövlət Təhlükəsizliyi Xidməti belə qərarı qəbul edərkən, müraciət edən tərəfdən şəxsin bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini göstərən məlumatları, eləcə müraciətdə göstərilən şəxsin ətraflı eyniləşdirmə məlumatlarını tələb edə bilər.

7-2. Dövlət Təhlükəsizliyi Xidməti xarici ölkələrin səlahiyyətli orqanlarının müraciəti əsasında hər hansı şəxsi Ölkədaxili Siyahıya daxil etdikdə, fiziki şəxsin vətəndaşı olduğu, daimi qeydiyyatda olduğu yaşadığı dövlətin, hüquqi şəxsin isə qeydiyyatdan keçdiyi fəaliyyət göstərdiyi dövlətin aidiyyəti qurumlarına bu barədə məlumat verir. Bu halda, Dövlət Təhlükəsizliyi Xidməti məlumatda göstərilmiş şəxsin bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini göstərən əsasları, eləcə onun ətraflı eyniləşdirmə məlumatlarını sorğu edilən dövlətə göndərir.”.

6. 8-ci (hər iki halda), 9-cu (hər iki halda), 10-cu, 14-cü 19-cu hissələrdəQaydalarınsözüQaydanınsözü ilə əvəz edilsin.

7. 8-ci 20-ci hissələrdən “, Xarici Kəşfiyyat Xidmətinəsözləri çıxarılsın.

8. 9-cu, 10-cu, 11-ci, 14-cü 21-ci hissələrdən “, Xarici Kəşfiyyat Xidmətisözləri çıxarılsın.

9. 9-cu hissədəyənisözü “o cümlədənsözləri ilə əvəz edilsin.

10. 12-ci hissə aşağıdakı redaksiyada verilsin:

“12. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra - Xarici İşlər Nazirliyi) Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1999-cu il 15 oktyabr tarixli 1267 nömrəli qətnaməsinə terrorçuluğa qarşı mübarizə sahəsində digər aidiyyəti qətnamələrinə əsasən təsis edilmiş sanksiyalar komitələri (bundan sonrasanksiyalar komitələri) tərəfindən müəyyən edilmiş Birləşmiş Siyahı əsasında Beynəlxalq Siyahını müəyyən edir təsdiq olunması üçün dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir.”.

11. 14-cü hissədə, 14.3-cü bənddə, 15-ci, 16-cı, 18-ci (hər iki halda), 21-ci, 22-ci 23-cü hissələrdə ismin müvafiq hallarındaSanksiyalar Komitəsisözlərisanksiyalar komitələrisözləri ilə əvəz edilsin.

12. 13-cü hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Maliyyə Bazarlarına Nəzarət Palatası bu siyahını dərhal təsdiq edir rəsmi internet səhifəsində yerləşdirir.”.

13. 14.2-ci bənddənƏl-Qaida”, “Taliban” ya digərsözləri çıxarılsın.

14. 14.4.2-ci yarımbənddəvergi ödəyicisi ya digər eyniləşdirmə nömrələri, elektron poçt ünvanları, əvvəlki adlarısözlərivergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), elektron poçt ünvanları, əvvəlki adları ya eyniləşdirmə məlumatlarısözləri ilə əvəz edilsin.

15. 15.1-ci 15.3-cü bəndlərdəƏl-Qaida”, “Taliban” sözləri “Terror təşkilatısözləri ilə əvəz edilsin.

16. 15.2-ci bənddəƏl-Qaida” Taliban”asözləri “Terror təşkilatınasözləri ilə əvəz edilsin.

17. 25-ci hissə ləğv edilsin.

18. 26-cı hissənin birinci cümləsinəhüquqi şəxslərsözlə-rindən sonra “, dövlət qurumlarısözləri əlavə edilsin.

19. Aşağıdakı məzmunda 29-cu 30-cu hissələr əlavə edilsin:

“29. Eyniləşdirmə məlumatlarının uyğunluğuna görə aktivləri səhvən dondurulmuş şəxs tətbiq edilmiş tədbirlərin aradan qaldırılması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət ünvanlandırmalı, eyniləşdirmə məlumatlarını təsdiq edən sənədləri təqdim etməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası müraciət daxil olduqdan 1 günü müddətində şəxsin eyniləşdirmə məlumatlarının uyğunluğunu yoxlayır aktivlərin səhvən don-durulduğu aşkar edildikdə, dərhal aktivlərin azad olunması barədə qərar çıxarır icra edilməsi üçün dondurulmanı həyata keçirən subyektə göndərir.

30. Fiziki ya hüquqi şəxslərin Ölkədaxili, Birləşmiş Beynəlxalq siyahılardan çıxarılması onların bu siyahılara daxil edilməsi ilə əlaqədar yaranmış hüquqi nəticələri Azərbaycan Respublikasının qanunvericiliyinə tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq aradan qaldırır. Fiziki ya hüquqi şəxslər öz hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət edə bilərlər.”.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 25 aprel.- S.3.