Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52
nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil
nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və
beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb
olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 165
Bakı şəhəri, 25 aprel 2017-ci il
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 355-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 2445 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 4, maddə 270; 2016, ¹ 4, maddələr 803, 813) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na 7 nömrəli əlavə - “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə”nin 2.11-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“2.11. sərnişin daşımalarını yerinə yetirərkən, bilet və ödəniş alətinin satılmasını, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi imkanını təmin etmək, sərnişinlərin biletsiz, yaxud ödəniş aləti ilə ödəniş etmədən aparılmasına, baqajın biletsiz daşınmasına yol verməmək, hərəkət cədvəlində nəzərdə tutulmuş başlanğıc, son və aralıq məntəqələrində gəlmə və çıxma haqqında qeyd etmək;”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 27 aprel.- S.8.