Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli
228 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların siyahısı”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 168
Bakı şəhəri, 28 aprel
2017-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 13 aprel tarixli 2813 nömrəli Sərəncamının
3.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, ¹ 11, maddə 1055; 2013, ¹ 1, maddə 75;
2014, ¹ 6, maddə 736; 2016, ¹ 5, maddə 955) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların
siyahısı”na aşağıdakı məzmunda yeddinci
abzas əlavə edilsin:
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyəti”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 29
aprel.- S.8.