“Ali orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti ilə bağlı Əsasnamələrin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 6 noyabr tarixli 242 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 171

Bakı şəhəri, 28 aprel 2017-ci il

 

 “Elm haqqındaAzərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 6 noyabr tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin təşkili planlaşdırılması haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bənddətexnoloji-konstruktor layihə-texnoloji bürolarının (TKB LTB)” sözləritəcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrsözləri ilə əvəz edilsin.

2. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.5. Ali təhsil müəssisəsinin elmi-tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, təsisçinin vəsaitləri, öz vəsaitləri, qrantlar, müxtəlif fondlardan alınan vəsaitlər digər qanuni mənbələr hesabına həyata keçirilir.”.

3. 1.6-cı bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

Elmi müəssisə təşkilatlar ali təhsil müəssisələri sifarişlər əsasında birgə elmi tədqiqatlar aparmaq, layihə proqramlar hazırlamaq, məsləhət “Elm haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq digər xidmətlər göstərmək hüququna malikdirlər.”.

4. 2.1-ci 2.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.1. Elmi elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi “Elm haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin vəsaiti, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri, dövlət fondlarının vəsaitləri, kreditlər, qrantlar, ianələr digər qanuni mənbələr hesabına həyata keçirilir.

2.2. Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin vəzifələrə seçilməsində təyin olunmasında nəzərə alınır.”.

5. 2.3-cü, 2.4-cü 2.5-ci bəndlər ləğv edilsin.

6. 4.1-ci bəndə “fundamental” sözündən sonra “, nəzəri-meto-doloji, pedaqoji-metodikisözləri əlavə edilsin.

7. 6.1-ci bəndin birinci hissəsinin dördüncü abzasındaelmi-tədqiqat müəssisələri, konstruktor texnoloji təşkilatlarındasözlərielmi müəssisə təşkilatlar, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrindəsözləri ilə beşinci abzasındaelmi-tədqiqat müəssisələrində, konstruktor texnoloji təşkilatlardasözlərielmi müəssisə təşkilatlarda, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrdəsözləri ilə əvəz edilsin.

8. 6.4-cü bəndin üçüncü hissəsindətəcrübə-konstruktor (layihə-texnoloji) bürosununsözləritəcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisəsininsözləri ilə əvəz edilsin.

9. 6.5-ci bəndin birinci hissəsinin ikinci cümləsindətəcrübə-konstruktor (layihə-texnoloji) bürolarınınsözləritəcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrininsözləri ilə əvəz edilsin.

10. 8.3-cü bəndin birinci cümləsindəElmi müəssisələrin, konstruktor texnoloji təşkilatlarınsözləriElmi müəssisə təşkilatların, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrinsözləri ilə əvəz edilsin.

11. Həmin qərarla təsdiq edilmiş 5 ¹-li Əlavə - “Ali təhsil müəssisəsinin təcrübə-konstruktor, layihə texnoloji büroları haqqında Əsasnamə” ləğv edilsin.

12. Həmin qərarla təsdiq edilmiş 6 ¹-li Əlavə - “Ali təhsil müəssisəsinin nəzdindəki elmi-tədqiqat institutu və elmi-tədqiqat mərkəzi haqqında Əsasnamə” ləğv edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 29 aprel.- S.8.