“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını təşkil etmək tədbirləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 iyun tarixli 321 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 170

Bakı şəhəri, 28 aprel 2017-ci il

 

Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını təşkil etmək tədbirləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 iyun tarixli 321 nömrəli qərarının 3-cü hissəsinin ikinci abzasında “elmlər namizədi” sözləri “elm sahələri göstərilməklə “fəlsəfə doktoru” sözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 29 aprel.- S.8.