“Dövlət torpaq kadastrı, torpaqların monitorinqiyerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 174               

Bakı şəhəri, 28 aprel 2017-ci il

 

Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan

Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Dövlət torpaq kadastrı, torpaqların monitorinqi yerquruluşu ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haq-qındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il          7 iyun tarixli 94 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 6, maddə 373, ¹ 11, maddə 654; 2000, ¹ 12, maddə 116; 2001, ¹ 1, maddə 70, ¹ 5, maddə 350; 2002, ¹ 11, maddə 675; 2006, ¹ 11, maddə 994; 2009, ¹ 10, maddə 846; 2015, ¹ 10, maddə 1223, ¹ 11, maddə 1411; 2016,  ¹ 10, maddə 1708) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmişTorpaqların texniki uçotunun aparılması Qaydaları”nın 4-cü hissəsinin dördüncü abzasındaelmi tədqiqatsözlərielmi müəssisə təşkilatlarınsözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmişTorpaqların monitorinqinin aparılması qaydaları haqqında Əsasnaməüzrə:

2.1. 4-cü hissənin birinci abzasındaelmi-tədqiqat layihə-axtarış təşkilatlarısözlərielmi müəssisə təşkilatlarısözləri ilə əvəz edilsin;

2.2. 6-cı hissədəlayihə-axtarış elmi-tədqiqat müəssi-sələrinəsözlərielmi müəssisə təşkilatlarasözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 30 aprel.- S.2.