“Meşə təsərrüfatı sahəsinə dair bəzi normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 45 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan respublikasının nazirlər kabinetinin qərarı

 

№ 175 

Bakı şəhəri, 28 aprel 2017-ci il

 

 

Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

 QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il  15 mart tarixli 45 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 234; 2005, № 1, maddə 49; 2015, № 11, maddə 1418) ilə təsdiq edilmiş “Meşələrin iqtisadi qiymətləndirilməsinin Metodikası”nın 2.7-ci bəndi ləğv edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 30 aprel.- S.2.