“Özünüidarəetmə
prinsipi əsasında fəaliyyət
göstərən dövlət ali təhsil
müəssisələri haqqında
Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il
4 dekabr tarixli 191
nömrəli qərarının ləğv edilməsi
haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 176
Bakı şəhəri, 28 aprel
2017-ci il
“Elm haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Özünüidarəetmə prinsipi
əsasında fəaliyyət
göstərən dövlət ali təhsil müəssisələri
haqqında Əsasnamənin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 4 dekabr tarixli 191 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə
801) ləğv edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.-
30 aprel.- S.2.