Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci
il 29 may tarixli 88 nömrəli qərarı ilə təsdiq
edilmiş “Stasionar
şəraitdə təhsilin təşkili Qaydaları”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 177
Bakı şəhəri, 28 aprel
2017-ci il
“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 29
may tarixli 88 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 5, maddə
325; 2013, ¹ 6, maddə 721; 2015, ¹ 10, maddə 1224) ilə təsdiq edilmiş “Stasionar şəraitdə
təhsilin təşkili
Qaydaları”nın 4-cü hissəsinin
ikinci cümləsində
“2013-cü il 30 avqust tarixli 240” sözləri
“2016-cı il 3 mart tarixli
106” sözləri ilə
və “elm və elmi tədqiqat müəssisələri” sözləri
“elmi müəssisə
və təşkilatlar”
sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 30
aprel.- S.2.