Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2003-cü il
22 avqust tarixli
111 nömrəli qərarı ilə təsdiq edilmiş
“Hidrotexniki qurğuların təhlükəsizlik
bəyannaməsinin ekspertizasının layihə mərhələsi
də daxil olmaqla
keçirilmə Qaydaları”nda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
¹ 179
Bakı şəhəri, 28 aprel
2017-ci il
“Elm haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il
22 avqust tarixli
111 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2003,
¹ 8, maddə 465; 2006, ¹ 5, maddə
472) ilə təsdiq edilmiş “Hidrotexniki qurğuların təhlükəsizlik
bəyannaməsinin ekspertizasının
layihə mərhələsi
də daxil olmaqla keçirilmə Qaydaları”nın 2.2-ci bəndinin beşinci cümləsində “elmi-tədqiqat
və layihə təşkilatları” sözləri
“elmi müəssisə
və təşkilatlar”
sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.-2017.- 30 aprel.-
S.2.