Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2004-cü il
9 yanvar tarixli 2 nömrəli qərarı ilə
təsdiq edilmiş “Büdcədən
maliyyələşdirilən səhiyyə işçilərinin
əməyinin ödənilməsi sistemi,
növləri və məbləği”ndə dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 180
Bakı şəhəri, 28 aprel
2017-ci il
“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 1, maddə 50; 2006, ¹ 9, maddə 828, ¹ 11, maddə 992; 2007, ¹ 2, maddə 185; 2008, ¹ 2, maddələr 115, 130; 2009, ¹ 10, maddə 857; 2010, ¹ 8, maddə 763; 2011, ¹12, maddə 1255) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.2.3.1-ci yarımbəndində aşağıdakı dəyişikliklər edilsin:
1. “d” abzasında “elmi-tədqiqat müəssisələrində və onların struktur bölmələrində QİÇS xəstəliyi və ya İİV virusu problemlərinə dair elmi mövzunu yerinə yetirmək işinə cəlb edilən” sözləri “elmi müəssisə və təşkilatlarda QİÇS xəstəliyi və ya İİV virusu prob-lemlərinə dair dissertasiya yazan şəxslər” sözləri ilə əvəz edilsin.
2. “e” abzasında “elm istehsalat birlikləri və müəssisələrində” sözləri “elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 30
aprel.- S.2.