Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən
təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın
verilməsi Qaydası”nda
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan respublikasının nazirlər
kabinetinin qərarı
¹ 181
Bakı şəhəri,
28 aprel 2017-ci il
“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il
14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
9 avqust tarixli 1009 nömrəli Fərmanının
1.1.2-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, ¹ 1, maddə 58; 2013, ¹ 5, maddə 568; 2016, ¹ 6, maddə
1199, ¹ 12, maddə 2216) ilə
təsdiq edilmiş “Müxtəlif səbəblərdən
təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın
verilməsi Qaydası”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.
6-cı hissə üzrə:
1.1.
6.3-cü bənddə “(elmi
təşkilatlara)” sözləri
“, elmi müəssisə
və təşkilatlara”
sözləri ilə əvəz edilsin;
1.2.
6.4-cü bənddə “və
elmi təşkilatlarda”
sözləri “, elmi müəs-sisə və təşkilatlarda” sözləri
ilə əvəz edilsin;
1.3. 6.5-ci
bənddə “elmi təşkilat” sözləri
“elmi müəssisə
və təş-kilat”
sözləri ilə əvəz edilsin;
1.4.
6.6-cı bənddə “və
elmi təşkilatda” sözləri “, elmi müəssisə və təşkilatda” sözləri
ilə əvəz edilsin.
2. Qaydaya 7 nömrəli əlavə – “Arayış”da
“elmi təşkilatın”
sözləri “elmi müəssisə və təşkilatın” sözləri
ilə və “elmi təşkilatdan” sözləri “elmi müəssisə və təşkilatdan” sözləri
ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.-
30 aprel.- S.2.