“Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında”  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 2011-ci il 2 fevral tarixli  22  nömrəli  qərarında  dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 186        

Bakı şəhəri, 28 aprel 2017-ci il

 

“Elm haqqında” Azərbaycan  Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan

Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il   2 fevral tarixli 22 nömrəli qərarında (Azərbaycan Respublikası nın Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 150) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına, preambulasına 3-cü hissəsinə “opponentliyə” sözündən əvvəl “rəsmi” sözü əlavə edilsin.

2. Preambulada “, elmi idarə təşkilatlarında” sözləri “ elmi müəssisələrdə” sözləri ilə əvəz edilsin.

3. 3-cü hissədə “həmin şəxslərin çalışdıqları müəssisə, idarə təşkilatların” sözləri “iddiaçının doktorantı ya dissertantı olduğu elmi müəssisə ali təhsil müəssisəsinin” sözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 30 aprel.- S.2.