“Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli 181 nömrəli qərarının ləğv edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 187

 Bakı şəhəri, 28 aprel 2017-ci il

 

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli  181 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 878) ləğv edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 30 aprel.- S.3.