Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il  2 avqust tarixli 289 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və  aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 191

Bakı şəhəri, 28 aprel 2017-ci il

 

Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il   2 avqust tarixli 289 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 8, maddə 1429) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bənddə “və elm müəssisələrində” sözləri “müəssi-sələrində, elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 1.7-1-ci bənd əlavə edilsin:

“1.7-1. Azərbaycan Milli Elmlər Akademiyası elmin müxtəlif sahələri üzrə ölkə ərazisində və xaricdə çöl təcrübələri və elmi ekspedisiyalar təşkil edir, ekspedisiyaçöl təcrübələrinin işinə nəzarət edir, çöl təcrübələrinin və ekspedisiyaların nəticələrinə dair hesabatlar hazırlayır.”.

3. Qaydalara əlavə - “Azərbaycan Respublikasında elmi ekspedisiyalarçöl işlərinin aparılması üzrə xərc normaları”nın 1.1-ci bəndinin doqquzuncu abzasında “BöyüksözüBaşsözü ilə, on birinci abzasında “TexniksözüTexnoloqsözü ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 30 aprel.- S.3.