Azərbaycan Respublikası Dövlət
Mülki Aviasiya Administrasiyasının tabeliyində “Mülki
Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə
Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin
bəzi məsələləri haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 313
Bakı şəhəri,
2 avqust 2017-ci il
“Azərbaycan
Respublikası Dövlət Mülki Aviasiya
Administrasiyasının tabeliyində “Mülki Aviasiyada
Uçuşların Təhlükəsizliyi üzrə
Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin
yaradılması ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2
fevral tarixli 1223 nömrəli Fərmanının 1.1-ci, 1.2-ci
və 1.3-cü bəndlərinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. Azərbaycan
Respublikası Dövlət Mülki Aviasiya
Administrasiyasının tabeliyində “Mülki Aviasiyada
Uçuşların Təhlükəsizliyi üzrə
Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin
yaradılması ilə əlaqədar:
1.1. “Azərbaycan
Respublikası Dövlət Mülki Aviasiya
Administrasiyasının tabeliyində “Mülki Aviasiyada
Uçuşların Təhlükəsizliyi üzrə
Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin
Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə);
1.2. “Azərbaycan
Respublikası Dövlət Mülki Aviasiya
Administrasiyasının tabeliyində “Mülki Aviasiyada
Uçuşların Təhlükəsizliyi üzrə
Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin
Strukturu” təsdiq edilsin (2 nömrəli əlavə);
1.3. Azərbaycan
Respublikası Dövlət Mülki Aviasiya
Administrasiyasının tabeliyində “Mülki Aviasiyada
Uçuşların Təhlükəsizliyi üzrə
Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin
işçilərinin say həddi 62 ştat vahidi müəyyən
edilsin.
2. Azərbaycan
Respublikası Dövlət Mülki Aviasiya
Administrasiyasının tabeliyində “Mülki Aviasiyada
Uçuşların Təhlükəsizliyi üzrə
Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin
nizamnamə fondu 1 000 000 (bir milyon) manat məbləğində
müəyyən edilsin.
3. Azərbaycan
Respublikası Dövlət Mülki Aviasiya
Administrasiyasının tabeliyində “Mülki Aviasiyada
Uçuşların Təhlükəsizliyi üzrə
Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin
ilkin dövrdə fəaliyyətini təmin etmək
üçün Azərbaycan Respublikasının 2017-ci il
dövlət büdcəsinin ehtiyat fondundan Azərbaycan
Respublikasının Dövlət Mülki Aviasiya
Administrasiyasına 1 000 000 (bir milyon) manat məbləğində
vəsait ayrılsın və bu vəsait həmin publik
hüquqi şəxsin nizamnamə fondunun formalaşdırılmasına
yönəldilsin.
4. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu qərarın 3-cü
hissəsi ilə ayrılan vəsaitin maliyyələşdirilməsini
təmin etsin.
5. Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya
Administrasiyasının tabeliyində “Mülki Aviasiyada
Uçuşların Təhlükəsizliyi üzrə
Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin
fəaliyyəti üçün müvafiq xidməti yer
ayrılmasını təmin etsin.
6. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası bu qərardan irəli gələn məsələləri həll etsin, habelə “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün bu qərarın qüvvəyə mindiyi tarixdən bir gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etməsini təmin etsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 5 avqust.- S.5.