“Azərbaycan
Respublikası Dövlət Mülki Aviasiya
Administrasiyasının strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nın təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 314
Bakı şəhəri, 2 avqust 2017-ci il
“Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 fevral tarixli 1223 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilsin (əlavə olunur).
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 5 avqust.- S.5.