Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən   müəssisə,   idarə      təşkilatlarda   tədris məşğələlərinin  aparılmasına  cəlb  edilən  işçilərin  əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 315

Bakı şəhəri, 2 avqust 2017-ci il

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 560-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 2873 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 11, maddə 826; 2002, ¹ 10, maddə 637; 2003, ¹ 9, maddə 523; 2005, ¹ 8, maddə 780; 2006, ¹ 6, maddə 563, ¹11, maddə 998; 2007, ¹ 9, maddə 924; 2008, ¹ 4, maddə 303, ¹ 10, maddə 939; 2011, ¹ 4, maddə 362; 2015, ¹ 12, maddə 1578; 2016, ¹ 4, maddə 828; 2017, ¹ 5, maddə 970) ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”nin cədvəlinin ikinci sətrində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi” sözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 5 avqust.- S.5.