Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar  tarixli  9  nömrəli  qərarında  dəyişiklik  edilməsi  barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 316

Bakı şəhəri, 2 avqust 2017-ci il

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 560-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 2873 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 1, maddə 62; 2012, ¹ 5, maddə 485, ¹ 10, maddə 1006; 2013, ¹ 10, maddə 1231; 2015, ¹ 12, maddə 1560; 2016, ¹ 4, maddə 821, ¹ 10, maddə 1702, ¹ 12, maddə 2239; 2017, ¹ 4, maddələr 640, 668) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.25-ci bəndinin birinci abzasının ikinci cümləsində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi” sözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 5 avqust.- S.5.