“Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli
qərarı ilə təsdiq edilmiş
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin
Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 318
Bakı şəhəri, 3 avqust
2017-ci il
“Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 iyun tarixli 847 nömrəli Sərəncamının 2-1.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1229; 2009, ¹ 10, maddə 846; 2010, ¹ 11, maddə 1039; 2013, ¹ 6, maddə 762; 2014, ¹ 1, maddə 69; 2015, ¹12, maddə 1593; 2016, ¹6, maddə 1222) ilə təsdiq edilmiş “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.1-ci bənddə “96.33 milyard manatdır” sözləri “136684980 manatdır” sözləri ilə əvəz edilsin;
1.2. 4.2-ci bənddə “100 000” rəqəmi “20” rəqəmi ilə, “963 300” rəqəmi “6834249” rəqəmi ilə əvəz edilsin.
2. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası bu qərardan irəli gələn məsələləri həll etsinlər.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
5 avqust.- S.5.