“Azərbaycan Respublikasının ərazisinə
gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 326
Bakı şəhəri,
10 avqust 2017-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, “Azərbaycan Hava
Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi və
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
ilə razılaşdırılmış təklifinə əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
1. “Azərbaycan
Respublikasının ərazisinə gətirilən aksiz
vergisinə cəlb olunan malların aksiz dərəcələrinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 1,
maddə 69; 2002, ¹ 2, maddə 112, ¹ 10, maddə 647; 2005, ¹ 1, maddə
58, ¹ 11, maddə 1069; 2013, ¹ 7, maddə 870; 2014, ¹ 1, maddə 64,
¹ 2, maddə 196; 2015, ¹ 1, maddə 69; 2016, ¹ 8, maddə 1444; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyul tarixli 292
nömrəli qərarı) əlavəsi olan Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29 yanvar tarixli 17
nömrəli qərarı ilə təsdiq edilmiş mətndə
“Azərbaycan Respublikasının ərazisinə gətirilən
aksizli malların aksiz dərəcələri”ndə “2710 19
210 0” və “2710 19 250 0” alt yarım-mövqelərinə aid sətir
aşağıdakı redaksiyada verilsin:
2. Bu qərar
dərc edildiyi gündən qüvvəyə minir və 90
(doxsan) gün müddətində qüvvədədir
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 12 avqust.- S.2.