Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 337

Bakı şəhəri, 24 avqust 2017-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, bu sahəyə dövlət dəstəyinin daha da gücləndirilməsi, yeni müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 4, maddə 299, ¹ 8, maddə 550, ¹ 10, maddə 639; 1999, ¹ 2, maddə 150; 2000, ¹ 5, maddə 374, ¹ 7, maddə 559, ¹ 8 (III kitab), maddə 643, ¹ 9, maddələr 690, 699, 700, ¹ 10, maddə 770; 2001, ¹ 4, maddə 289, ¹ 8, maddə 561; 2002, ¹ 4 (II kitab), maddələr 209, 212; 2005, ¹ 1, maddə 56; 2006, ¹ 2, maddə 180, ¹ 4, maddə 367, ¹ 7, maddə 652; 2008, ¹ 7, maddələr 672, 687; 2009, ¹ 9, maddələr 742, 744, ¹ 12, maddələr 1061, 1071; 2010, ¹ 7, maddə 706, ¹ 12, maddə 1114; 2011, ¹ 1, maddə 68, ¹ 8, maddə 774; 2012, ¹ 1, maddə 39, ¹ 7, maddə 779, ¹ 10, maddə 1020; 2013, ¹ 11, maddə 1458; 2014, ¹ 4, maddə 456; 2015, ¹ 7, maddə 895; 2016, ¹ 4, maddə 801, ¹ 8, maddələr 1432, 1460,           ¹ 12, maddə 2213; 2017, ¹ 2, maddə 312; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 iyun tarixli 267 nömrəli qərarı) aşağıdakı məzmunda 4.29-cu bənd əlavə edilsin:

“4.29. “Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumlarından azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısıtəsdiq edilsin (əlavə olunur).”.

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir 3 (üç) il müddətində qüvvədədir.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az www.xalqqazeti.com  saytlarında tanış  ola bilərsiniz.

 

Xalq qəzeti.- 2017.- 25 avqust.- S.5.