“Lisenziya
blanklarının və əlavələrinin
hazırlanmasına sifarişin verilməsi, onların
bölgüsünün həyata keçirilməsi, blanklardan
istifadənin uçotunun və hesabatının
aparılması Qaydası”nın və lisenziya, ümumi
lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin
formalarının təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 5 avqust tarixli 295 nömrəli qərarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 340
Bakı şəhəri, 25 avqust 2017-ci il
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 541-VQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1318 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası”nın və lisenziya, ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 avqust tarixli 295 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 8, maddə 1433) aşağıdakı məzmunda 8-ci hissə əlavə edilsin:
“8. “Sellülar (mobil) rabitə xidmətlərinə (texnoloji standartın adı göstərilməklə) lisenziya” blankının forması təsdiq edilsin (9 nömrəli əlavə).”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Qeyd: Qərara edilmiş əlavələrin
tam mətni ilə
www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.
Xalq qəzeti.- 2017.- 26 avqust.- S.1.