“Avropa
İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının
verilməsi qaydasının və sertifikatların nümunəsinin
təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 13 iyul tarixli 135 nömrəli
qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 519
Bakı şəhəri, 29 noyabr
2017-ci il
“Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 7, maddə 668; 2006, ¹ 9, maddə 817, ¹ 12, maddə 1153; 2008, ¹ 1, maddə 39; 2010, ¹ 12, maddə 1122; 2013, ¹ 5, maddə 581; 2014, ¹ 2, maddə 201; 2015, ¹ 2, maddə 236; 2016, ¹ 5, maddə 955) ilə təsdiq edilmiş “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nın 2.1-ci bəndinə “səlahiyyətli orqana” sözlərindən sonra “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq” sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 1
dekabr.- S.4.