“Fitosanitar
nəzarəti sahəsində bəzi normativ
hüquqi aktların təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2006-cı il
29 dekabr tarixli 280 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 520
Bakı şəhəri, 29 noyabr
2017-ci il
“Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və kon-sulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 12, maddə 1165; 2008, ¹ 9, maddə 853; 2009, ¹ 1, maddə 34; 2010, ¹ 1, maddə 66; 2016, ¹ 11, maddə 1946) ilə təsdiq edilmiş “Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatlarının verilməsi Qaydaları”nın 2.2-ci bəndinə “Dövlət Fitosanitar Nəzarəti Xidmətinə (bundan sonra - Dövlət Xidməti)” sözlərindən sonra “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq” sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 1
dekabr.- S.4.