Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 7 yanvar tarixli 2 nömrəli qərarı
ilə təsdiq edilmiş “Kökünün
kəsilməsi təhlükəsi
olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq
ticarətinin tənzimlənməsi
Qaydaları”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 521
Bakı şəhəri,
29 noyabr 2017-ci il
“Azərbaycan Respublikasının
diplomatik nümayəndəlikləri
və konsulluqları vasitəsilə qeyri-rezidentlərə
elektron imza sertifikatının verilməsi
Qaydası”nın və
“www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanının 4.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 7 yanvar tarixli 2 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 1, maddə 23) ilə
təsdiq edilmiş “Kökünün kəsilməsi
təhlükəsi olan
vəhşi fauna və
yabanı flora növlərinin
beynəlxalq ticarətinin
tənzimlənməsi Qaydaları”nın
3.1-ci bəndinə “inzibati
orqana” sözlərindən
sonra “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun
18.1-ci maddəsinə uyğun
olaraq” sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
1 dekabr.- S.4.