“Giriş-çıxış
və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin
istismarının təşkili
Qaydaları”nın və
“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi
daxilində dövlət
orqanlarının informasiya
resurslarından istifadəyə
buraxılış dərəcəsi”nin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 523
Bakı şəhəri,
29 noyabr 2017-ci il
“Azərbaycan Respublikasının
diplomatik nümayəndəlikləri
və konsulluqları vasitəsilə qeyri-rezidentlərə
elektron imza sertifikatının verilməsi
Qaydası”nın və
“www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanının 4.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 1, maddə 29; 2013, ¹ 8, maddələr 999, 1033; 2014, ¹ 5, maddə 561, ¹ 6, maddə
747; 2016, ¹ 8, maddə 1453, ¹ 9, maddə 1585; 2017, ¹ 1, maddə
122, ¹ 5, maddə 963; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 10 oktyabr tarixli 415 nömrəli qərarı)
ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Giriş-çıxış
və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin
istismarının təşkili
Qaydaları”na aşağıdakı
məzmunda 5.9-cu və
6.5-1-ci bəndlər əlavə
edilsin:
“5.9. “E-qeyri-rezident”
altsistemi - “Giriş-çıxış
və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemində
yaradılan, qeyri-rezidentlərin
elektron imza verilməsi barədə müraciətlərini qəbul
və təhlil edən, onlara “virtual
FİN” verən, habelə
“virtual FİN” verilmiş qeyri-rezidentlərin
reyestrini aparan altsistem.
6.5-1. “Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının
vətəndaşları, xarici
ölkədə fəaliyyət
göstərən hüquqi
şəxslər” informasiya
resursu üzrə:
6.5-1.1.
“www.azexport.az” internet portalından “E-qeyri-rezident” altsisteminə təqdim edilən xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının
şəxsiyyətini təsdiq
edən sənədin
(pasport və ya şəxsiyyət vəsiqəsi) fotoşəkil
olan səhifəsinin skan edilmiş surəti, xarici ölkədə fəaliyyət
göstərən hüquqi
şəxslərin nümayəndələrinin
şəxsiyyətini təsdiq
edən sənədin
(pasport və ya şəxsiyyət vəsiqəsi) fotoşəkil
olan səhifəsinin və qeyri-rezident adından çıxış
etmək səlahiyyəti
verən etibarnamənin
skan edilmiş surəti, habelə elektron imza sertifikatının
verilməsi və ya verilməsindən imtina edilməsi (“virtual FİN”in ləğv edilməsi) ilə bağlı məlumatlar;
6.5-1.2. Azərbaycan Respublikasına
gələn xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları,
xarici ölkədə
fəaliyyət göstərən
hüquqi şəxslər
barədə məlumat
yaradan altsistemlər.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
1 dekabr.- S.4.