“Dövlət orqanlarının aparatının
(və ya onların fəaliyyətini təmin
edən qurumların) və onun bölmələrinin
adlarının təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli
277 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 524
Bakı şəhəri,
29 noyabr 2017-ci il
“Azərbaycan Respublikasının
xarici ölkələrdə
fəaliyyət göstərən
səfirlik və konsulluqlarında ticarət
nümayəndələrinin fəaliyyətinin təmin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 5 sentyabr tarixli 1588 nömrəli Fərmanının
3.8-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 12, maddə 1115; 2009, ¹ 2, maddə 153, ¹ 4, maddə 282, ¹ 7, maddə 605, ¹ 8, maddələr 674, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 1, maddə 60, ¹ 2, maddələr 146, 161, ¹ 10, maddələr 906, 912, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 66, ¹ 5, maddə 446, ¹ 9, maddələr 856, 862; 2012, ¹ 5, maddə 479, ¹ 8, maddə 818, ¹ 10, maddə 1027, ¹ 11, maddə 1205; 2013, ¹ 1, maddə 74, ¹ 8, maddələr 1014, 1037; 2014, ¹ 1, maddə 69, ¹ 3, maddə 313, ¹ 6, maddə 736, ¹ 7, maddə 919, ¹ 10, maddə 1308; 2015, ¹ 2, maddə 227, ¹ 5, maddə 611, ¹ 6, maddə 800, ¹ 11, maddə 1414; 2016, ¹ 1, maddə 171, ¹ 2 (II kitab), maddə 382, ¹ 3, maddə 608, ¹ 4, maddələr 782, 831, ¹ 5, maddə 955, ¹ 7, maddə 1343, ¹ 8, maddələr 1440, 1450, ¹ 9, maddələr 1584, 1585, 1587, ¹ 11, maddə 1976, ¹ 12, maddə 2241; 2017, ¹ 2, maddələr 282, 296, 311, ¹ 5, maddə 972, ¹ 8, maddə 1611; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 18 oktyabr tarixli 459 və 460 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda “Sahibkarlığa Kömək Milli Fondu” sətrindən sonra “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları” sətri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2017.- 1
dekabr.- S.4.