Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 527

Bakı şəhəri, 4 dekabr 2017-ci il

 

“Elm haqqındaAzərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsas-namətəsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 4 dekabr

tarixli 527 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında

 

Ə S A S N A M Ə

 

1. Ümumi müddəalar

 

1.1. “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə” (bundan sonraƏsasnamə) “Elm haqqındaAzərbay-can Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası (bundan sonra - Şura) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılır ictimai əsaslarla fəaliyyət göstərir.

1.3. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konsti­tu­siyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezi­dentinin fərman sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabi­ne­tinin qərar sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri bu Əsasnaməni rəhbər tutur.

1.4. Şura Bakı şəhərində yerləşir.

2. Şuranın vəzifələri

2.1. Şuranın əsas vəzifələri aşağıdakılardır:

2.1.1. ölkədə aparılan elmi tədqiqat işlərini əlaqələndirmək, təkrarçılığı aradan qaldırmaq;

2.1.2. müxtəlif elmi strukturları birgə elmi tədqiqatlara cəlb etmək;

2.1.3. fundamental tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsinə nəzarəti təmin etmək, onların nəticələrinin səmə­rə­liliyinin yüksəldilməsini təmin etmək;

2.1.4. elmi-texniki tərəqqinin yeni istiqamətlərini müəyyən etmək onların hə­ya­ta keçirilməsi üçün elmi zəmin yaratmaq;

2.1.5. elmi-texniki sosial-iqtisadi tərəqqinin mühüm problemləri üzrə elmi tədqiqatların aparılmasını təşkil etmək;

2.1.6. elm texnikanın nailiyyətlərinin təcrübədə istifadə edilməsinə köməklik göstərmək;

2.1.7. “Elmi kadrlar”, “Elmi problemlər”, “Elmi müəssisə təş­­kilatlar”, “Dissertasiyalar”, “Elmi hesabatlar digər müxtəliftə­­yi­­natlı informasiya sistemlərini yaratmaq onların başqa elektron  sis­tem­lərə inteqrasiyasını təmin etmək; 

2.1.8. Şuranın elmi problemlər üzrə elmi şuraların veb-saytlarını ya­rat­maq onların idarə olun­­masını təmin etmək;

2.1.9. elmin cari vəziyyəti haqqında bülletenlər, məlumatlar ha­zır­­lamaq, onları ictimaiyyətə aidiyyəti qurumlara təqdim etmək;

2.1.10. Azərbaycan alimlərinin beynəlxalq layihələrdə iştirakını təşviq təmin etmək;

2.1.11. ölkə beynəlxalq səviyyəli elmmetrik təhlillər aparmaq onların nəticələri əsasında müvafiq təkliflər hazırlamaq;

2.1.12. müxtəlif səviyyələrdə elmi fəaliyyətin qiymətləndirilməsi üçün müasir üsullar işləyib hazırlamaq təsdiq etmək;

2.1.13. tədqiqatların maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq;

2.1.14. elmi fəaliyyətin stimullaşdırılması üçün təkliflər hazırlamaq.

3. Şuranın fəaliyyət istiqamətləri

3.1. Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:

3.1.1. ölkədə təbiət, texnika, humanitar ictimai elmlər sahəsində fundamental tətbiqi tədqiqatların istiqamətlərinin əsas prob­lemlərinin müəyyənləşdirilməsi, bu istiqamətlər üzrə tədqiqatların həyata keçirilməsinə nəzarət edilməsi;

3.1.2. elmi müəssisə təşkilatların təklifləri əsasında elmi tədqiqat işlərinin cari uzunmüddətli plan­larının  hazırlanmasının təşkil edilməsi;

3.1.3. mühüm elmi-texniki problemlərin həlli, elm texnikanın nailiyyətlərinin geniş tətbiq edilməsi üçün vacib işlərin planlarının kompleks tədbirlərin hazırlanması onların təsdiq edilməsi;

3.1.4. elmi tədqiqat işlərinin icra vəziyyətinin təhlili tədqiqatların elm sahələri problemlər üzrə inkişafının üstün istiqamətlərinin müəyyən edilməsi;

3.1.5. əsas istiqamətlər problemlər üzrə elmi tədqiqatların yerinə yetirilməsi onların inkişafı ilə bağlı məsələlərin müzakirəsi;

3.1.6. elmi işlərin planlaşdırılması əlaqələndirilməsi sahəsində dünya təcrübəsinin öyrənilməsi  tətbiqi;

3.1.7. elmi istiqamətlərə həmin istiqamətlərə aid elmi problemlər üzrə elmi şuraların fəaliyyətinə elmi-metodiki rəhbərliyin həyata keçirilməsi;

3.1.8. elmi tədqiqatların maliyyə maddi-texniki təminatının mənbələrinin vasitələrinin müəyyən edilməsi.

3.2. Şura elmi tədqiqat işlərinin əlaqələndirilməsinə, ayrı-ayrı elmi problemlərə, həmçinin elmi tədqiqat işlərinin yerinə yetirilməsinin yekun nəticələrinə onların tətbiqinə həsr olunmuş simpoziumların, konfransların, seminarların sessiyaların keçiril­məsini təşkil edir.

4. Şuranın hüquqları

4.1. Şuranın aşağıdakı hüquqları vardır:

4.1.1. elmi müəssisə təşkilatların elmi tədqiqat iş­lərini ölkənin sosial-iqtisadi inkişa­fının mühüm problem­lə­rinə, istehsalatın sə­mərəliliyinin yüksəldilməsinə, ölkənin təhlü­kə­sizliyinin müdafiəsinin möh­kəmləndirilməsinə, innova­tiv müvafiq sahibkarlıq fəaliyyətinə doğru istiqamətləndirmək; 

4.1.2. elmi müəssisə təşkilatlarda işlənilən elmi prob­­lemlər, onların həlli ilə bağlı mühüm sahələr üzrə tətbiq planları barədə hesabatları məruzələri dinləmək, müvafiq qərarlar qəbul etmək;

4.1.3. elmi tədqiqat işlərinin planlarına yenidən baxılması, həmin planların yerinə yetirilməsi, icra müddətinin dəyişdirilməsi, aktual olmayan təd­qi­qatların plandan çıxarılması haqqında qərar qəbul etmək; 

4.1.4. elmi müəssisə təş­­kilatlar, alimlər gənclər arasında müxtəlif nominasiyalar üzrə müsabiqələri təşkil etmək; 

4.1.5. elmin maliyyələşdirilməsi üzrə səmərəli təkliflər hazırlamaq mü­va­fiq dövlət qurumlarına təqdim etmək;

4.1.6. elmi fəaliyyətin normativ hüquqi bazasının təkmilləşdirilməsi üzrə tək­­­­­liflər hazırlamaq;

4.1.7. elmi müəssisə təşkilatlarda yeni elmi tədqiqat laboratoriyalarının yaradılmasına dair təkliflər hazırlamaq;

4.1.8. elmi müəssisə təşkilatlarda elmi tədqiqat laboratoriyalarının işlərinin istiqamətini müəyyən etmək, elmi tədqiqatlarda təkrarçılığı aradan qaldırmaq;

4.1.9. elmi ideyaların ali təhsil qurumlarının elmi müəssisələrin profilinə uyğun olaraq innovasiya sahibkarlıq sahələrinə istiqamətləndirmək;

4.1.10. elmi müəs­sisə təşkilatlardan təbiət, texnika, huma­nitar  ictimai elmlər sahəsində elmi təd­qiqat işlərinin planlarına, sahələrarası elmi-texniki proqramlara dair tək­liflər, onların yerinə yetirilməsi haqqında hesabatlar, əlaqələndirilən proq­ramlara dair zəruri məlumatlar almaq;

4.1.11. elmi müəssisə təşkilatlardan mühüm elmi tədqiqat işləri onların nəti­cə­lərindən təcrübədə istifadə edilməsi haqqında məlumatlar almaq.

5. Şuranın fəaliyyətinin təşkili

5.1. Şuranın 15 nəfərdən ibarət  tərkibi  Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 

5.2. Şuranın sədri:

5.2.1. Şuranın işini təşkil edir;

5.2.2. Şuranın  illik fəaliyyət planını təsdiq edir;

5.2.3. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclasları çağırır onlara sədrlik edir;

5.2.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirləri həyata keçirir.

5.3. Şuranın iclasları ildə 2 dəfədən az olmayaraq keçirilir. Şura üzvlərinin üçdə ikisi iştirak etdikdə, Şura səlahiyyətli hesab edilir. Şuranın qərarları iştirak edən­lə­rin sadə səs çoxluğu ilə qəbul edilir.

5.4. Elmi müəssisə təşkilatlardan, ali təhsil  müəssisələrindən elm sahələri üzrə elmi tədqiqat işlərinin yerinə yetirilməsində iştirak edən, müvafiq dövlət orqanlarının, habelə digər təşkilatların aparıcı alim mütəxəssisləri Şuranın üzvləri ola bilərlər.

5.5. Şuranın cari fəaliyyətinə rəhbərliyi məsul katib həyata keçirir.

5.6. Məsul katib:

5.6.1. Şuranın iclaslarının gündəliyinin layihəsini hazırlayır;

5.6.2. Şuranın iclaslarının hazırlanmasını keçirilməsini təşkil edir;

5.6.3. Şuranın iclasında müzakirəyə çıxarılacaq sənəd materiallarla Şuranın üzvlərinin vaxtında tanış olmasını təmin edir;

5.6.4. Şuranın iclaslarının protokollarını rəsmiləşdirir.

5.7. Şuranın üzvlərinin səlahiyyətləri aşağıdakılardır:

5.7.1. Şuranın iclaslarında fəaliyyətində iştirak etmək;

5.7.2. Şuranın səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər vermək;

5.7.3. Şuranın iclasına təqdim edilmiş bütün materiallarla əvvəlcədən tanış olmaq;

5.7.4. Şuranın protokolları, qərarları digər sənədləri ilə tanış olmaq.

5.8. Şuranın qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün elmi problemlər üzrə  elmi şu­ra­lar yaradılır.

5.9. Elmi problemlər üzrə elmi şuralarda konkret istiqamətlər üzrə dissertasiya möv­zuları müzakirə edilərək təsdiq edilir, həmin istiqamətlərin aktual hesab edilən məsələləri müzakirəyə çıxarılır qərarlar qəbul olunur.

5.10. Elmi problemlər üzrə elmi şuraların tərkibi müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən elmi müəssisə təşkilatların, ali təhsil müəssisələrinin yüksəkixtisaslı elmi kadrlarından formalaşdırılır Şura tərə­fin­dən təsdiq edilir.

5.11. Şuranın nəzdində işçi qrup yaradılır.

5.12. İşçi qrupun fəaliyyətinə məsul katib rəhbərlik edir.

5.13. İşçi qrup Şuranın iclaslarında müzakirəyə çıxarılacaq qərar layihələrini hazırlayır qəbul edil­miş qərarların yerinə yetirilməsinə nəzarət edir. 

 

Xalq qəzeti.- 2017.- 6 dekabr.- S.2.