Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi rəis heyətinə mənsub şəxslərini ərzaq payı pul vəsaiti ilə təmin etmək haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 530                                                                                                                                                      Bakı şəhəri, 6 dekabr 2017-ci il

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsas-naməsinin, strukturunun hərbi qulluqçularının işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 1454 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi rəis heyətinə mənsub şəxslərini ərzaq payı pul vəsaiti ilə təmin etmək haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli qərarının 6-cı hissəsində Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisləri, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sədri, Azərbaycan Respublikasının Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisisözləri “, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəislərisözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 8 dekabr.- S.7.