“Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini
gücləndirmək tədbirləri
haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1992-ci
il 16 oktyabr tarixli 560 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 531
Bakı şəhəri,
6 dekabr 2017-ci il
“Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin Əsas-naməsinin,
strukturunun və hərbi qulluqçularının və
işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12
dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 5 iyun tarixli 1454 nömrəli Fərmanının
4.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
“Azərbaycan Respublikası
dövlət sərhədinin
mühafizəsini gücləndirmək tədbirləri
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarında
aşağıdakı dəyişikliklər edilsin:
1.
3-cü hissənin birinci abzasında “Sərhəd
qoşunlarının” sözləri “Sərhəd mühafizəsi
orqanlarının” sözləri ilə əvəz edilsin.
2. 5-ci
hissədə “sərhəd qoşunlarının” sözləri
“sərhəd mühafizəsi orqanlarının” sözləri
ilə əvəz edilsin.
3. Həmin
qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan
Respublikası ərazi və daxili sularında özü hərəkət
edən və özü hərəkət etməyən gəmilərin
saxlanılması Qaydaları” üzrə:
3.1. mətndə ismin müvafiq hallarında “sərhəd
qoşunları” sözləri ismin müvafiq hallarında “sərhəd
mühafizəsi orqanları” sözləri ilə əvəz
edilsin;
3.2.
3-cü hissənin ikinci abzasında “Sərhəd
qoşunları” sözləri “Sərhəd mühafizəsi
orqanları” sözləri ilə əvəz edilsin.
4. Həmin
qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan
Respublikasının dövlət sərhədində
profilaktik zolaq və baytar-sanitar rejiminə dair Qaydalar” üzrə:
4.1. 1.2-ci
bəndin ikinci abzasında və 1.3-cü bənddə “sərhəd
qoşunlarının” sözləri “sərhəd mühafizəsi
orqanlarının” sözləri ilə əvəz edilsin;
4.2.
1.4-cü bəndin üçüncü abzasında “sərhəd
qoşunları” sözləri “sərhəd mühafizəsi
orqanları” sözləri ilə əvəz edilsin.
5. Həmin
qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Sərhəd
zonasına daxil olmaya və istehsalat işlərinə dair
Qaydalar”ın 9-cu hissəsinin birinci cümləsində və
10-cu hissəsinin birinci abzasında “sərhəd
qoşunları” sözləri “sərhəd mühafizəsi
orqanları” sözləri ilə əvəz edilsin.
6. Həmin
qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidmətinin sərhəd
zolağında istehsalat fəaliyyəti ilə məşğul
olmağa dair Qaydalar”ın onuncu abzasında “sərhəd
qoşunları” sözləri “sərhəd mühafizəsi
orqanları” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 8
dekabr.- S.7.