“Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini
gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü
il
9 mart tarixli 140 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 533
Bakı şəhəri,
6 dekabr 2017-ci il
“Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin
Əsas-naməsinin, strukturunun
və hərbi qulluqçularının və
işçilərinin ümumi
say tərkibinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 12
dekabr tarixli 823 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 5 iyun tarixli 1454 nömrəli Fərmanının 4.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikası
dövlət sərhədinin
mühafizəsini gücləndirmək
məqsədi ilə əlavə qayda və əsasnamələrin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9
mart tarixli 140 nömrəli
qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 2, maddə
118, ¹ 6, maddə 442; 2000, ¹ 8, maddə 646; 2003, ¹ 6, maddə
342; 2004, ¹ 9, maddə 750; 2005, ¹ 6, maddə 558, ¹ 11, maddə
1061; 2008, ¹ 11, maddə 1042; 2009, ¹ 1, maddə 34; 2012, ¹ 9, maddə
926; 2014, ¹ 1, maddə 57, ¹ 6, maddə 747; 2016, ¹ 9, maddə
1575; 2017, ¹ 7, maddə 1503) aşağıdakı
dəyişikliklər edilsin:
1. 1-ci hissədə “sərhəd
qoşunlarının” sözləri
“sərhəd mühafizəsi
orqanlarının” sözləri
ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə
- “Azərbaycan Respublikasının
dövlət sərhədindən
buraxılış məntəqələrində
sərhəd qoşunlarının
nəzarət-buraxılış məntəqələri haqqında
Əsasnamə” üzrə:
2.1. adında və
mətnində ismin müvafiq hallarında “sərhəd qoşunları”
sözləri ismin müvafiq hallarında “sərhəd mühafizəsi
orqanları” sözləri
ilə əvəz edilsin;
2.2. mətn üzrə
(3-cü hissənin dördüncü
abzası istisna olmaqla) ismin müvafiq hallarında “Sərhəd qoşunları”
sözləri ismin müvafiq hallarında “Sərhəd mühafizəsi
orqanları” sözləri
ilə əvəz edilsin.
3. Həmin qərarla təsdiq edilmiş 5 nömrəli əlavə
- “Dövlət sərhədini
pozan hava gəmilərinə və
uçuş aparatlarına
qarşı hava hücumundan müdafiə
qoşunlarının növbətçi
qüvvə və döyüş texnikasının
tətbiq edilməsi Qaydaları”nın 10-cu hissəsi üzrə:
3.1. birinci abzasda “sərhəd qoşunları”
sözləri və ikinci abzasda “Sərhəd qarovulu” sözləri “Sərhəd
mühafizəsi orqanları”
sözləri ilə əvəz edilsin;
3.2. üçüncü abzasda “sərhəd qoşunları” sözləri
“sərhəd mühafizəsi
orqanları” sözləri
ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 8
dekabr.- S.7.