“Azərbaycan Respublikasının kiçik həcmli gəmilər üzrə Dövlət Müfəttişliyinin məsələləri haqqında” Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 oktyabr tarixli 527 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 534                                                                                                                                                      Bakı şəhəri, 6 dekabr 2017-ci il

 

 

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsas-naməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 1454 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasının kiçik həcmli gəmilər üzrə Dövlət Müfəttişliyinin məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 oktyabr tarixli 527 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikası Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarətində olan gəmilərin, onların dayanması üçün bazaların (qurğuların) qeydiyyatı, uçotu, texniki-nəzarəti və gəmisürənlərin bu gəmiləri idarə etmək hüququ üçün attestasiya Qaydaları”nın 2-ci hissəsinin dördüncü abzasında “Azərbaycan Respublikası sərhəd qoşunları” sözləri və “Azərbaycanın sərhəd qoşunları” sözləri “sərhəd mühafizəsi orqanları” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikasında kiçik həcmli gəmilərdən və onların dayanması üçün bazalardan (qurğulardan) istifadə Qaydaları” üzrə:

2.1. 4-cü hissənin üçüncü abzasında “Sərhəd qoşunları” sözləri “sərhəd mühafizəsi orqanları” sözləri ilə əvəz edilsin;

2.2. 16-cı hissənin 2-ci bəndində “sərhəd qoşunları” sözləri “sərhəd mühafizəsi orqanları” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 8 dekabr.- S.7.