Azərbaycan Respublikası Nazirlər
Kabinetinin “Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin müvəqqəti
Reqlamentinin təsdiq edilməsi haqqında”
1994-cü il 9 fevral tarixli 54 nömrəli qərarında dəyişiklik
edilməsi və “Azərbaycan Respublikası
Nazirlər Kabinetinin İşlər İdarəsi
haqqında Əsasnamənin
təsdiq edilməsi barədə” 1993-cü il
8 iyun tarixli 294 nömrəli qərarının
ləğv edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 538
Bakı şəhəri,
6 dekabr 2017-ci il
“Azərbaycan Respublikası
Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanının 3.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müvəqqəti Reqlamentinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 fevral tarixli 54 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 3, maddə
303) 1-ci hissəsi ləğv
edilsin.
2. “Azərbaycan Respublikası
Nazirlər Kabinetinin İşlər İdarəsi
haqqında Əsasnamənin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 1993-cü il 8 iyun tarixli 294 nömrəli qərarı ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
9 dekabr.- S.2.