Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin tabeliyində
Bakı Sağlamlıq
Mərkəzinin maliyyələşdirilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 541 Bakı şəhəri,
6 dekabr 2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
tabeliyində Bakı Sağlamlıq Mərkəzinin
saxlanılması xərcləri
2018-ci ildən etibarən
Azərbaycan Respublikası
dövlət büdcəsinin
mərkəzləşdirilmiş xərclə-rində ayrıca
sətirlə nəzərdə
tutulsun.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi bu qərardan irəli gələn məsələləri
həll etsinlər.
3. Bu qərar 2018-ci il
1 yanvar tarixindən qüvvəyə minir.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.-
2017.-9 dekabr.- S.2.