Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və ləğv edilmiş Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın bəzi
qərarlarının və
onların struktur elementlərinin ləğv
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 546
Bakı şəhəri, 8 dekabr
2017-ci il
“Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanının 2.2-ci və 2.5-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 143 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 747; 2012, ¹ 10, maddə 1030; 2016, ¹ 4, maddə 818, ¹ 12, maddə 2239) ləğv edilsin.
2. “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 may tarixli 70 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 5, maddə 443) ləğv edilsin.
3. “Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2013-cü il 30 iyul tarixli 163Q nömrəli qərarının 1-ci hissəsi ləğv edilsin.
4. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin 2008-ci il 30 aprel tarixli 80 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət orqanlarında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları” ləğv edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
13 dekabr.- S.9.