“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaqmotor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqifiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

 

¹ 547                                                

           Bakı şəhəri, 11 dekabr 2017-ci il

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 192, ¹ 11, maddə 1184; 2008, ¹ 6, maddə 587; 2010, ¹ 12, maddə 1124; 2012, ¹ 8, maddə 811; 2013, ¹ 7, maddə 882, ¹ 12, maddə 1633; 2014, ¹ 2, maddə 201, ¹ 6, maddə 736, ¹ 8, maddə 1004; 2015, ¹ 1, maddə 60, ¹ 5, maddə 675, ¹ 6, maddə 795, ¹ 8, maddə 968, ¹ 10, maddə 1237, ¹ 12, maddə 1577; 2016, ¹ 5, maddə 955, ¹ 6, maddə 1190, ¹ 12, maddə 2238; 2017, ¹ 3, maddə 507, ¹ 8, maddə 1602) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaqmotor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqifiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının tərkibi”nin “Respublika Komissiyasının üzvləri” bölməsində “Vüqar Sabir oğlu Məcidli – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri” sözləri “Elşən Kərim oğlu Əhmədov – Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının iqtisadi sahələrin maliyyəsi şöbəsinin sektor müdiri” sözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 13 dekabr.- S.9.